Putinlə Ərdoğan arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
"Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyi, Astana və Cenevrə formatlarında danışıqlar prosesinin aktivləşdirilməsinin mühümlüyü qeyd olunub", - deyə məlumatda bildirilir.
Putin və Ərdoğan şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.