Qarabağda erməni əsgəri ağır yara alıb
Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan ordusunun əsgəri yaralanıb. APA TV-nin məlumatına görə, erməni mənbələri onun Azərbaycan tərəfdən açılan atəş nəticəsində yaralandığını yazıb.
Hadisə aprelin 17-də saat 18:20-də təmas xəttinin şimal istiqamətində qeydə alınıb. Yaralanan əsgər 1997-ci il təvəllüdlü Arutyunyan Tatul Aramaisoviçdir.
Onun vəziyyətinin ağır olduğu deyilir.