İbadi İraq vətəndaşı olan kürdlərə səsləndi: "O bayraqları endirin!"
Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyinin bölgədə "müstəqillik referendumu" keçirməsinə İraqın baş naziri münasibət bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Haydar əl-İbadi belə bir addımın kimsəyə, ilk növbədə kürdlərə xeyir verməyəcəyini dilə gətirib.
Hökumət rəhbəri Kərkükdə inzibati binaların üzərinə peşmərgə bayraqlarının asılmasını qəbuledilməz adlandırıb:
"Onların buna haqqı yoxdur. Həmin bölgə və dövlət qurumları Bağdad hökumətinə bağlıdır. Belə hərəkətlər qanunlara ziddir".
İbadi həmin bayraqların dərhal endirilməsini tələb edib:
"Aparıb o bölgədə fəaliyyət göstərən siyasi partiyalarının binalarından assınlar. Bu, heç bir problem yaratmaz və mənim də etirazıma səbəb olmaz".