Gəncədə yüksək vəzifəli şəxsin evində PARTLAYIŞ BAŞ VERİB!


Gəncədə yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyi Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən və Gəncə şəhər sakini, 53 yaşlı Əliyev Cavanşirə məxsus mənzildə qeydə alınıb.

Evdə təmir işləri aparan iki nəfər mənzilin döşəməsinə boya sürtdükdən sonra siqaret çəkiblər. Qapı və pəncərəsi bağlı olan evdə partlayış baş verib.

Hadisə zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbləri ilə bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Səbəbkarların hər ikisi

polis idarəsinə aparılıblar.

Qeyd edək ki, ev sahibi Cavanşir Məmmədov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli