Peterburq terroruna görə daha bir nəfər tutuldu - ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ
Moskva yaxınlığında Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından bir Abror Əzimovun qardaşı saxlanılıb. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb.
araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü Əkrəm Əzimov terror aktının hazırlanması zamanı pulların keçirilməsinə köməklik edib, eyni zamanda beynəlxalq terror təşkilatlarının emissarları ilə rabitə kanalının təşkilində iştirak edib.
Əkrəm Əzimovun kiçik qardaşı Abror aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb.
Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.