Şirvanda “avtoş” ağır qəza törədib - HADİSƏ ANI
Ötən gün saat 17.30 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüldü Babayev Kamran şəhərin Nərimanov küçəsində qəza törədib. APA TV-nin məlumatına görə, idarə etdiyi “VAZ 2107” markalı “90 CA 587” dövlət nömrə nişanlı avtomobillə insanların intensiv hərəkət etdiyi ərazidə ötmə qadağan olunan yolda “Mersedes” markalı maşınla toqquşub. Daha sonra avtoxuliqan ətrafdakı sakinlərin üzərinə hücum çəkərək, xuliqanlıq edib. Kamran Babayev çəkiliş qrupuna qarşı da aqressivlik nümayiş etdirib. Hadisə ATV və APA TV-nin çəkliş qruplarının gözü qarşısında olub. Çəkiliş qrupuna hücum etmək istəyən “avtoş” polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şirvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.