Moskvada erməni biznesmen öldürüldü - MİLYONLARLA BORCA GÖRƏ
Rusiya paytaxtında erməni iş adamı öldürülüb.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, "İnproservis" MMC-ninsahibi Aleksandr Baqiryan şəriki tərəfindən güllələnib. İş adamına "Makarov" tipli tapançadan 5 dəfə atəş açılıb. A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.
Qeyd edək ki, A. Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir.