15 yaşlı oğlan böyük qardaşını güllələdi - TOVUZDA DƏHŞƏTLİ HADİSƏ
Tovuzda qətl hadisəsi törədilib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb.
Kənd sakini 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.