Əmək Məsələləri Dövlət Komitəsi 16 xidmətlə bağlı elektron xidmətə keçib
Əmək Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəkidə vətəndaşları qəbul edib. Komitə sədri Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonundan olan vətəndaşların şikayət və müraciətlərini dinləyib.
Qarşıda duran əsas məsələlərdən birinin elektron hökumətə keçidlə bağlı olduğunu deyən Kərəm Həsənov bildirib ki, artıq əmlak komitəsi üzrə 16 xidmətlə bağlı elektron xidmətə keçilib. Yaxın zamanlarda əlavə olaraq daha 11 xidmətə keçiləcək.
Komitə sədri qəbulu zamanı qaldırılan məsələlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınıb və araşdırılaraq məlumat veriləcəyi bildirilib.