Şabranda 56 yaşlı kişi intihar etdi
Şabran rayonunda intihar faktı qeydə alınıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Pirəmsən kənd sakini, 1961-ci il təvəllüdlü Davudov Müsənnif Ağa oğlu yaşadığı evin həyətində özünə bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırmalar aparılır.