Son 10 ildə Azərbaycanda 105 min hektar yeni meşə sahəsi salınıb
Azərbaycanda 2003-cü ildən başlanan proqramlar nəticəsində 105 min hektardan çox yeni meşə sahəsi salınıb. Bu fikri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Gəncədə jurnalistlərə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, yeni salınan 105 min hektar meşəliyin 65 min hektarı tam meşə statusuna keçib. Nazir bunu peykdən çəkilən şəkillərlə də təsdiq edildiyini bildirib.
Nazir bildirib ki, meşə sahələri respublikada əsasən böyük Qafqaz dağlarının ətrafında genişlənir. Hazırda Azərbaycanda meşələrin sahəsi ümumi ərazimizin 11,8 faizini təşkil edir.