Oqtay Şirəliyev Şamaxıda, Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul etdi
Səhiyyə naziri Oqtay Şirəliyev Şamaxı Mərkəzi rayon Xəstəxanasında vətəndaşları qəbul edib. Nazirlə görüşdə Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçay rayonlarında yaşayan 80-ə yaxın vətəndaş iştirak edib. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Gənclər və idman naziri Azad Rəhimov isə Mingəçevirdə vətəndaşları qəbul edib. Qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonundan ümumilikdə 50-yə yaxın vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.