Azərbaycanda ruhi-əsəb dispanserindən 4 nəfər qaçıb

Azərbaycanda dörd nəfər Ruhi Əsəb Dispanserindən qaçıb. Onlar qaçarkən xəstəxanada xidmət aparan polis əməkdaşına da xəsarət yetiriblər. Hadisənin təfərrüatları hələlik bilinməsə də, Ruhi Əsəb Dispanserindən qaçanların olması barədə faktı Sabunçu Rayon Polis İdarəsi təsdiqləyib. 14-cü Polis Bölməsindən verilən məlumata görə, adları dəqiqləşdirilən şəxslər Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alıblar . İlkin ehtimala görə pasiyentlər xəstəxananı tərk etmək istədikləri zaman polis nəfərləri onlardan buraxılış vərəqəsi tələb edib. Mübahisənin yaranmasına səbəb bu olub. Daha sonra polis əməkdaşlarına xəsarət yetirən 4 nəfər oradan çıxmağa müyəssər olublar. Xəstələrin saxlanılması üçün xüsusi qrup yaradılıb. Hazırda onların tutulması istiqamətində tədbirlər davam etdirilir.
 

Müəllif | Apa.Tv