Türkiyə klubunun futbolçusu Avropa Liqasında həftənin ən yaxşısı oldu
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. APA TV-nin məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşısı adına Türkiyənin “Beşiktaş” klubunun üzvü Taliska layiq görülüb.
O, UEFA-nın rəsmi saytı vasitəsilə keçirilən səsvermədə 53 faizlik göstəriciyə imza atıb. Futbolçunun Fransa “Lion”u ilə görüşdə vurduğu 2 qol fərqləndirilməsində rol oynayıb.
“Şalke”nin oyunçusu Sead Kovaçeviç 24 faiz səslə 2-ci olub. “Mançester Yunayted”in üzvü Markus Reşford 19 faiz səs qazanıb.