Xaçmazda “QAZ-24” kanala düşüb, sürücü tapılmayıb

Xaçmazda “QAZ-24” markalı minik maşını kanala düşüb. Hadisə “Xan arxı”nın Ağaşirinoba kəndi yaxınlığından keçən hissəsində baş verib. Maşını ərazidən keçən sakinlər görüblər. Hadisə barəsində hüquq mühafizə orqanlarına və Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verilib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin xilasediciləri, Təcili Yardım Stansiyasının həkimləri və polis əməkdaşları cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıblar. Maşın aidiyyəti üzrə dövlət orqanına təhvil verilib. Maşına baxış zamanı avtomobilin Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kənd sakini 42 yaşlı Əhməd Abuzərova məxsus olduğu məlum olub. Avtomobildə insan aşkarlanmayıb. Hadisənin təfərrüatları araşdırılır.
 

Müəllif | Apa.Tv
Vəli Turan