Əsəd yenə bombaladı: Hələb ətrafında mülki şəxslər ölüb
Bəşər Əsədə aid hərbi təyyarələr mülki şəxslərin yaşadığı Darət əl-İzzəni bombalayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Hələb ətrafında yerləşən bölgə müxaliflərin nəzarətindədir.
İki saat ərzində yaşayış məskəninə 11 hücum edilib, nəticədə 4 mülki şəxs ölüb, 25-dən çox yaralı var. Ölənlər - üç qız və qadın bir ailənin üzvüdür.
Yaralıların da çoxu qadın və uşaqdır. Onların müayinəsinə başlanıb.