Gəncədə zəncirvari qəza - “WOLKSVAGEN” “JİQULİ”Nİ AŞIRDI
Gəncə şəhərində zəncirvarı qəza baş verib. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Gəncə şəhər sakini, 29 yaşlı Üzeyir Məmmədov idarə etdiyi “Wolksvagen” markalı avtomobillə prospektlə hərəkətdə olarkən şəhər sakini, 25 yaşlı Novruz Ağayevin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Məlumata görə, zərbənin gücündən “VAZ 2107” markalı avtomobil aşıb, “Wolksvagen” isə yolun kənarında dayanan başqa bir “VAZ 2107”ə dəyib. Qəza zaman hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağırdır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.