Ermənistanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı
Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.
APA TV-nin məlumatına görə, İrəvanda keçirilən aksiyada Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndirilib, sonra bayraqlar yandırılıb.
Aksiya 24 aprel - qondarma "erməni soyqırımı" günü ilə bağlı keçirilib. Aksiyada iqtidar partiyası ilə yanaşı, "Daşnaksütun" partiyasının üzvləri də iştirak edib.