Qubada maşın qaz borusuna çırpıldı
Quba rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib.
Quba rayon sakini Ceyhun Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü ilə yanaşı, maşında olan iki sərnişin - Xaçmaz rayon sakinləri Əmirbaba Paşayev və Ədalət Paşayev xəsarət alıb.
Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.