Ağstafada 11 yaşlı yeniyetməni maşın vurub öldürdü
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu vurub. Yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.