“VAZ 2106” 200 metr hündürlükdən dərəyə yuvarlandı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Ötən gecə Hacıqabul rayonu Udullu kənd ərazisində ağır avtomobil qəzası baş verib. APA TV-nin məlumatına görə, “VAZ 2106” markalı maşın 200 metr yüksəklikdən dərəyə yuvarlanıb. Hadisə zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə Haramı dağlarının ətəyində yerləşən Udulu kəndinin ərazisində qeydə alınıb. Gecə saatlarında Udulu kənd sakini, 34 yaşlı Vüsal İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək təxminən 200 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə maşında olan sərnişinlər - Udulu kənd sakinləri 23 yaşlı İsmayıl Gülmalıyev və 42 yaşlı Oqtay Məlikov hadisə yerindəcə keçiniblər. Sürücü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Qəzanı səhər saatlarında dağda qoyun otaran çoban görüb və polisə məlumat verib. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı