Ermənistan ordusu Qarabağda bir gündə ikinci itkisini verdi
Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında daha bir əsgərini itirib. APA TV-nin məlumatına görə, bu barədə erməni mətbuatı yazıb.
Hadisə aprelin 25-də təmas xəttinin şimal istiqamətində qeydə alınıb. Erməni əsgərin güllə yarasından öldüyü məlum olub. Onun meyiti xidmət etdiyi postun yaxınlığında aşkar edilib.
Ölən hərbçi 1998-ci il təvəllüdlü Karen Armenoviç Avetisyandır.
Xatırladaq ki, aprelin 25-də ermənilərin cəbhədə törətmək istədiyi təxribata qarşı Azərbaycan Ordusunun açdığı cavab atəşi ilə Ermənistan ordusunun hərbçisi, 1997-ci il təvəllüdlü Naren Amayakoviç Arutyunyan məhv edilib.