Ermənistan ordusunda daha bir itki: yüksək vəzifəli şəxsin meyiti tapıldı
Ermənistanda yüksək vəzifəli hərbçi avtomobilində ölü tapılıb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, onun meyiti "Nissan March" markalı avtomobilində aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs İrəvandakı hərbi hissələrdən birinin Mühəndis Xidmətinin rəisi, 31 yaşlı Armen Saturyandır.
Məhkəmə-tibbi ekspertizanın ilkin rəyində onun infarktdan öldüyü bildirilir.