İsmayıllıda inkubator sexi yandı, quşlar tələf oldu
Ötən gecə İsmayıllı rayonunun Kürdmaşı kəndində inkubator sexi yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kürdmaşı kənd sakini Vüqar Dadaşova məxsus ümumi sahəsi 225 kvadrat metr olan inkubator sexində qeydə alınıb.
Əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. İnkubator sexinin yanar konstruksiyaları 75 kvadratmetr sahədə yanıb və içərisindəki 3200 ev quşundan 200-ü yanaraq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın gecə saat 5:50 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.