Gəncədə 58 yaşlı kişi qatarın altında qaldı
Gəncə şəhər sakini elektrovozun altında qalıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Şahin Quliyev dəmir yolu xəttinin kənarında sol qolu kəsilmiş vəziyyətdə aşkarlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.