ABŞ qitələrarası raketini sınaqdan keçirdi
ABŞ qitələrarası ballistik raketi sınaqdan çıxarıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Pentaqondan sınağın uğurlu keçdiyi bildirilib.
Minuteman III raketi Kaliforniyanın Vandenberq bazasından buraxılıb. Raketin nüvə başlığı daşımadığı açıqlanıb.
6 min kilometr məsafəni qət edən raket Marşal adalarındakı simvolik hədəfə dəyib.
Raketin Şimali Koreya ilə münasibətlərin gərgin olduğu bir vaxtda sınaqdan keçirilməsi diqqət çəkir.