Cəbhədə daha bir düşmən əsgəri məhv edildi
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgəri ölüb. APA TV-nin məlumatına görə, erməni mətbuatı hərbçinin qarşı tərəfdən açılan atəş nəticəsində vurulduğunu yazır.
Hadisənin aprelin 28-də saat 9:30 radələrində təmas xəttinin şərq istiqamətində qeydə alındığı bildirilir.
Ölən əsgər 1998-ci təvəllüdlü Mqer Feliksoviç Arzumanyandır.
Xatırladaq ki, son günlər Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında düşmən tərəfin cəbhədə gərginliyi artırdığı və mövqelərimizin minaatanlardan və snayperlərdən atəşə tutulduğu qeyd edilir.