Bu dəfə kimlər ağac əkdi?
Bu dəfə gənclər "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et " şüarı ilə bir araya gəldilər. İDEA kompaniyası Bakı ətrafıında- Zığ qəsəbəsində ağac əkmə aksiyası həyata keçirdi. APA TV-nin məlumatına görə, aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasnı sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılması və inkişafına töhvə verməkdir. eyni zamanda onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, insanlar arasında ekoloji marifləndirmə işini həyata keçirərək təbiətə qayğıkeş münasibət aşılamaqdır.
"Bu gün biz xüsusilə Abşeron yarmadasında olan ərazini seçmişik. hesab edirik ki, bu gün ən cox cirklənməyə məruz qalan və təmizlənməyə ehtiyyacı olan ərazilər buradı. Düşünürəm ki bu aksiyaya baxan hər bir gənc növbəti aksiyalarımıza qoşulub yaşıllaşdırmaya təkan verəcəklər".
150 dən çox könüllü gəncin iştirak etdiyi aksiyada 2500 dən çox iynəyarpaqlı ağaç əkildi.
"Hər bir gənc bu cür ağac əkmək kompaniyalarına qoşulmalıdır. bu ekoloji durumun yaxşılaşmasına xidmət edir".
Qeyd edək ki, İDEA kompaniyası bu cür ekoloji aksiyaların mütamadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəsilin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.