Gələn həftə Ərdoğan AKP-yə üzv olacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olacağı gün bəlli olub.
APA TV-nin məlumatına görə, partiyanın qrup toplantısı mayın 2-də keçiriləcək. Partiyanın sədri, baş nazir Binəli Yıldırım açıqlamasında bildirib ki, bu toplantıda Ərdoğan partiyanın üzvü olacaq.
AKP-nin fövqəladə qurultayı isə mayın 21-də keçiriləcək. Qurultayda Ərdoğanın partiya sədri olacağı gözlənilir.
Qeyd edək ki, aprelin 16-da keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkə prezidentinin partiya üzvü və rəhbəri olmasına maneə qalmayıb.