Papa İslam Universitetində qarşılandı: FRANSİSK MİSİRDƏ
Roma Papası Misirə gəlib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Fransisk Qahirə İslam Universitetində təntənə ilə qarşılanıb.
Mətbuat konfransında Papa bu ölkədə iki qalacağını deyib. O, ərəb xristianları - qibtlərin kilsəsini ziyarət edib. Həmin kilsədə ötən ilin dekabrında törədilən terror aktı nəticəsində 29 nəfər ölüb.
Qibt patriarxı Tavadrosla Fransisk arasında saziş imzalanıb: "Mən heç bir günahı olmadan öldürülən insanların ruhu qarşısında baş əyirəm. Tante və İsgəndiriyyədə həyatını itirən insanlar üçün də dua edir və bütün Misirə başsağlığı verirəm", - deyə Fransisk bildirib.
Papanın Misir səfərindən məqsəd dinlərarası problemlərin çözülməsidir.
Bu gün isə Fransisk Qahirənin ən böyük stadionunda moizə oxuyacaq.