Türk ordusu Suriya və İraqın şimalını bombaladı - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-də PYD/YPG/PKK terror təşkilatına qarşı həyata keçirilən hava hücumunun görüntülərini yayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baş Qərargah hücumun İraqın şimalındakı Sincar və Suriyanın şimalındakı Karaçok dağı bölgələrində həyata keçirildiyini bildirib.
Hücum nəticəsində Sincardakı PKK düşərgələrində 40-dan çox, Karaçokda isə 4 yüksək rütbəli olmaqla 49 terrorçu məhv edilib.