Yaponiya ordunu döyüşə hazırlayır: ŞİMALİ KOREYAYA ULTİMATUM
Yaponiya Şimali Koreyaya ultimatum verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, Pxenyanın növbəti raket sınağı ilə bağlıdır.
Rəsmi Tokio bu addımın BMT TŞ-nin qətnaməsinə zidd olduğunu və bölgədə gərginliyi artırmaq məqsədilə atıldığını iddia edib.
"Biz etiraz edirik, Şimali Koreya bölgədə gərginliyi artırmaq məqsədi güdür", - deyə bəyanatda bildirilir.
Ölkənin Nazirlər Kabinetinin sözçüsü Yosixide Suqa bildirib ki, hərbi aviasiya və donanmaya döyüş hazırlığının yoxlanılması və fövqəladə hallara hazır olmaq əmri verilib.