İranla sərhəddə gərginlik: Onlarla ağırtonnajlı maşın növbə gözləyir

İranla Azərbaycan arasındakı Biləsuvar sərhəd-buraxılış məntəqəsində yenidən problem yaranıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Azərbaycana məxsus ağır tonnajlı yük maşınları İran sərhədindən geriyə qaytarılıb.

 

İran tərəfi bunu maşınlardakı yükün 30 tondan yuxarı olması ilə əlaqələndirib.

Hazırda Azərbaycanın Biləsuvar gömrük məntəqəsində 100-dən çox yük maşın növbə gözləyir.

 

Sürücülərin sözlərinə görə, İran gömrükçüləri yük çəkimində yeni qayda tətbiq ediblər. Onlar maşınla bir yerdə çəkisi 30 tondan artıq olan yükü qəbul etmirlər.

İrana məxsus maşınlar isə 45-50 tonluq yüklə sərbəst və maneəsiz hər iki gömrük məntəqəsindən keçməyə davam edir.

Məlumata görə, Culfa gömrük məntəqəsində də analoji vəziyyət yaranıb.

İran tərəfinə keçmiş yük maşınları oradakı gömrükdə saxlanılıb. Hazırda İrandan Naxçıvan Muxtar Respublikasına keçmək üçün 150-dək yük maşını növbədə gözləyir.

 

Müəllif | Apa.Tv