Türkiyədə məscid inşaatında faciə: ölənlər var
Türkiyədə inşaatı davam edən məscid çöküb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, hadisə Samsunda qeydə alınıb.
Məsciddə beton tökmə zamanı qəza baş verib. 3 fəhlə xilas edilib, 3 nəfərin isə meyiti çıxarılıb. 6 fəhlənin dağıntılar altında qaldığı bildirilir.
Araşdırmalar başlanıb.