Bağdadda növbəti terror, ölənlər var: İŞİD İMZASI
Bağdadda terror aktı törədilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, nəticədə 4 polis ölüb, yaralılar var.
Avtomobildə quraşdırılmış partlayıcı Əl-Qərradə məhəlləsində işə salınıb.
İŞİD terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Xatırladaq ki, Bağdadın bu səmtində keçən ilin iyulunda törədilən terror aktı nəticəsində 320 nəfər ölmüşdü.