“VAZ 2107” 66 yaşlı qadını vurdu

Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, 1947-ci il təvəllüdlü Quba şəhər sakini Nizamova Solmaz Həbibulla qızı “VAZ 2107” markalı maşın tərəfindən vurulub. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, onun vəziyyəti orta ağırdır.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan