Zabratda keçmiş məhkumdan avtomat tapıldı
Əvvəllər məhkum olunmuş paytaxt sakinindən odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 15-ci Polis Bölməsinə (PB) əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Heydər Murtuzovun odlu silah satmaq niyyətində olması barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H.Murtuzov Zabrat qəsəbəsi ərazisində bir ədəd "AK-74" markalı avtomat silah, 26 ədəd patron və 1 patron darağını 2000 manata satmaq istəyən zaman saxlanılıb.
Saxlanılan şəxs ifadəsində silah-sursatı 26 il bundan əvvəl tapdığını və həmin vaxtdan bəri özündə saxladığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.