Şəkidə AĞIR QƏZA: gənc qadın öldü, əri və 2 azyaşlı övladı ağır yaralandı

Şəkidə baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə yaralanıb. APA TV-nin məlumatına görə, qəza Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı Göynük kənd sakini Zamanov Süleyman Zəkəriyyə oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirərək avtomobili aşırıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Süleyman Zamanov, onun həyat yoldaşı Salamova Ülviyyə Süleyman qızı, onların iki  azyaşlı uşaqları - Zamanov Zəkəriyyə və Zamanova Şahzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq,  Ülviyyə Salamovanın həyatını xilas etmək mümkün olmayıb. Süleyman Zamanovun və onun iki azyaşlı övladının vəziyyəti orta-ağır hesab olunur. Müalicələri xəstəxananın reanimasiya və cərrahiyə şöbələrində aparılır.

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov