Qatar kişinin başını bədənindən ayırdı - DƏHŞƏTLİ İNTİHAR

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Biləcəri dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Naməlum kişi başını qatar relsinin üzərinə qoyub. Nəticədə qatar onun başını kəsib.
İntihar edən şəxsin Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini, 1967-ci il təvəllüdlü Oqtay Bəhlul oğlu Muradov olduğu müəyyənləşib. Oqtay Muradovun intiharının səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova