Berlində polis və nümayişçilər arasında toqquşmalar olub
Almaniyanın paytaxtı Berlində 1 May Beynəlxalq Əmək gününə həsr olunan aksiyada polis və nümayişçilər arasında toqquşmalar baş verib.
Şəhərin mərkəzində keçirilən nümayiş iğtişaşlarla nəticələnib. Aksiya iştirakçıları polisə şüşə qablar və fişənglər atıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, saxlanılanların olduğu bildirilir.