Aşura günü oğurluq etdilər

İmişli sakinləri Aşura günü oğurluq ediblər. Oğrular ev yiyələrinin məsciddə olmasından istifadə edərək pəncərədən evə soxulub 5200 manat nağd pul oğurlayıblar. Hadisə noyabrın 14-də günorta saatlarında İmişli rayonunun Bəhramtəpə qəsəbəsində Şahlar Tapdıqlının fərdi yaşayış evində baş verib. APA TV-nin xəbərinə görə, ev sahibinin polisə müraciəti əsasında keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq edən şəxslər müəyyənləşdirilərək, saxlanılıb. Həbs olunanlar Bəhramtəpə qəsəbə sakinləri Dağıstan Məmmədov, Samir Vəliyev və Nüsrət Tapdıqovdur.

Nüsrət Tapdıqov polisə bunları deyib: "Hasardan tullanmışıq. Pəncərə açıq idi. Pəncərədən girmişik. Pulu oğurlayıb çıxmışıq. Baş heç nəyə əl vurmamışıq".

 

Həmin şəxslər şübhəli şəxs qismində saxlanılmış və barələrində 2 aylıq həbs-qəti imkan tədbiri seçilib. İmişli Rayon Polis Şöbəsi tərəfindən həmin şəxslərin digər cinayətlərdə əli olub olmadığı araşdırılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı