ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı İŞİD cəlladına ərə gedib
ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşı Daniela Qrin İŞİD-in cəlladı kimi tanınan Denis Kuspert ilə ailə qurub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, nikah 2014-cü ildə Suriya ərazisində bağlansa da, bu haqda xəbərlər mətbuata yeni sızdırılıb.
Denis Kusbert əsasən qruplaşmaya yeni üzvlərin cəlb olunması məsələsinə nəzarət edib, habelə qruplaşma tərəfindən ayrı-ayrı şəxslərin başı kəsildiyi videoçarxlarda aktiv iştirak edib.
Məlumatı yayan mənbə D. Qrinin Birləşmiş Ştatlara qayıtdıqdan sonra polisə təslim olduğunu, məhkəmənin qərarı ilə 2 il azadlıqdan məhrum edildiyini iddia edib.
Denis Kuspertə gəlincə isə Pentaqon onun 2015-ci ildə Suriyaya aviazərbələr nəticəsində məhv edildiyini açıqlasa da, sonradan məlumatın yanlış olduğu və onun hələ də qruplaşma tərkibində döyüşdüyü bildirilib.