Zaqatalada qızıl mağazası yandı

Zaqatalada “Zaqatala-Bazar-2” Açıq Səhmdar Cəmiyyətində yanğın baş verib. APA TV-nin məlumatına görə, ASC-nin ümumi sahəsi 1800 kvadrat metr olan əsas binasında olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nəticəsində yanğının “Zaqatala–Bazar-2” ATSC-nin digər satış mağazalarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində bazarın bəzək və zinət əşyaları satılan, ümumi sahəsi 40 kvadrat metr olan mağazasının yanar konstruksiyaları və içərisindəki əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Binanın geridə qalan 1760 kvadrat metr sahəsi yanğından mühafizə edilib. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov