ORTA MƏKTƏB ŞAGİRDİNİN maşını hərbçinin avtomobili ilə toqquşdu: 3 yaralı

Samuxda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzas baş verib. Samux Rayon Polis Şöbəsindən APA-TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Alıuşağı kəndində baş verib. Gəncə şəhər sakini, N saylı hərbi hissədə qulluq edən, 30 yaşlı Əliyev Namiq  idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə, Alıuşağı kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi, 16 yaşlı Hüseynzadə Hüseynin idarə etdiyi “VAZ 21099" markalı avtomobil toqquşub. Hadisə zamanı “VAZ 21099" da olan sərnişinlər, məktəblilər, 16 yaşlı Nağıyev Röyal, Əliyev Şahmalı və 17 yaşlı Əliyev Mehman müxtəlif bədən xəsarətləri alıblar. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin orta ağır olduğu bildirilir.

 

İlkin məlumata görə qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv