2 metrlik ilan 12 kəndi işıqsız qoydu - KURYOZ
Türkiyənin Muş vilayətində kuryoz hadisə qeydə alınıb. APA TV-nin Türkiyə mediasına istinadən məlumatına görə, yüksək gərginlikli elektrik xəttinə toxunan ilan bölgədə 12 kəndin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Problemi aradan qaldırmaq üçün əraziyə gələn əməkdaşlar 2 metrlik ilanın öldüyünü görüb.
Onlar xətlərə dolaşan ölmüş ilanı oradan açıb.