Suriyada daha bir rus zabit öldürüldü: SNAYPER ATƏŞİ İLƏ
Suriyada daha bir Rusiya hərbçisi öldürülüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə rus hərbi kontingentinin döyüş hazırlığı zamanı qeydə alınıb.
Öldürülən Aleksey Buçelnikov Rusiya Müdafiə Nazirliyinin polkovnik-leytenantdır. O snayper atəşi ilə qətlə yetirilib.
Moskvadan fakt təsdiqlənib və həyatını itirən zabitin Suriya ordusuna təlim keçən hərbi müşavir briqadasında xidmət etdiyi vurğulanıb.