Yük maşını “VAZ 2106”nı əzdi, sürücü hadisə yerində öldü

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun162-ci km-də, Quba rayonun İqrıq kəndi ərazisində qeydə alınıb. “MAN” markalı yük maşını ilə “VAZ 2106” markalı minik maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü Elnur Əzizov aldığı xəsarətdən hadisə yerində keçinib. Yük avtomobilinin sürücüsü  Dadaş Şeydadayev heç bir  xəsarət almayıb.

 

Faktla bağlı Baş Dövlət Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan