Ermənistanda Baş Qərargah rəisinin I müavini istefaya göndərildi
Ermənistan prezidenti Serj Sarkisyan ordunun Baş Qərargah rəisinin I müavini, general-leytenant Enriko Apriamovu istefaya göndərib.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, E.Apriamov eyni zamanda ordu sıralarından tərxis edilib.
İstefanın səbəbləri barəsində mətbuata hər hansı məlumat verilməyib.