ABŞ-da yanan təyyarə magistrala düşdü - QƏZA ANI
ABŞ-da təyyarə qəzası baş verib. APA TV-nin məlumata görə, şahidlər qəza anını sosial şəbəkələrdə paylaşıb.
Hadisə Vaşinqton ştatının Mekilteo şəhərində qeydə alınıb. Təkmühərrikli "Piper PA-32" təyyarəsi magistrala düşüb.
Güclü partlayış baş verib.
Təyyarə elektrik naqillərinə toxunub, onun yanacaq çəni alışıb. Hərəkətdə olan avtomobillərdən biri tamamilə yanıb.
Maraqlı burasıdır ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.