Erməni hərbçi minaya düşdü
Ermənistanın Tavuş vilayətində minanın partlaması nəticəsində hərbçi yaralanıb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumat görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Onun sözlərinə görə, yaralı hərbçi Berd şəhərinin hərbi hospitalına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.